AVRO-2016-nın seçmə qrup mərhələsində bu gün daha 9 oyun keçiriləcək
Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində IX turun növbəti oyunları keçiriləcək. İkinci oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutacaq.

C qrupunda İspaniya millisini Lüksemburqla, Slovakiyanı isə Belarusla ev oyunlarında heç-heçə də qane edəcək. Ukrayna isə birbaşa vəsiqə verən ilk 2 yerdən birini iddialarını davam etdirmək üçün əsas rəqiblərinin məğlubiyyətinə ümid etməli və səfərdə Makedoniyaya qalib gəlməlidir.

E qrupunda İngiltərə final mərhələsinə birbaşa vəsiqəni təmin edib. Britaniyalıların Estoniya ilə ev oyununda xal daha çox qonaqlara lazımdır. Sloveniya - Litva və İsveçrə - San Marino qarşılaşmaları daha bir vəsiqənin sahibini müəyyənləşdirmək baxımından önəmlidir.

G qrupunda qrup ideri kimi Fransaya bileti artıq əldə etmiş Avstriyanı ikinci pilləyə can atan Monteneqro ilə qarşılaşma gözləyir. Birbaşa vəsiqəyə daha yaxın olan Rusiya və İsveç isə səfərdə müvafiq olaraq, Moldova və Lixtenşteynlə üz-üzə gələcək.

C qrupu
23:45. İspaniya - Luksemburq
Baş hakim: Sebastyan Delferyer (Belçika)
Loqrono. "Las Qaunas" stadionu
23:45. Slovakiya - Belarus
Baş hakim: Hüseyn Göçek (Türkiyə)
Jilina. "Jilina" stadionu
23:45. Makedoniya - Ukrayna
Baş hakim: Ovidiu Alin Xetseqan (Rumıniya)
Skopye. "Makedoniyalı II Filipp" stadionu
Xal durumu: İspaniya - 21, Slovakiya - 19, Ukrayna - 16, Belarus - 7, Luksemburq - 4, Makedoniya - 3.

E qrupu
23:45. İsveçrə - San Marino
Baş hakim: Mattias Qestranius (Finlandiya)
Sankt-Qallen. "AFG Arena"
23:45. Sloveniya - Litva
Baş hakim: Byorn Keypers (Hollandiya)
Lyublyana. "Stojitse" stadionu
23:45. İngiltərə - Estoniya
Baş hakim: İştvan Vod (Macarıstan)
London. "Uembli" stadionu
Xal durumu: İngiltərə - 24, İsveçrə - 15, Sloveniya - 12, Estoniya - 10, Litva - 9, San Marino - 1.

G qrupu
23:45. Lixtenşteyn - İsveç
Baş hakim: Liran Liani (İsrail)
Vaduts. "Raynpark"
23:45. Monteneqro - Avstriya
Baş hakim: Danielo Orsato (İtaliya)
Podqoritsa. "Qradski" stadionu
23:45. Moldova - Rusiya
Baş hakim: Mixail Kukulakis (Yunanıstan)
Kişinyov. "Zimbru" stadionu
Xal durumu: Avstriya - 22, Rusiya - 14, İsveç - 12, Monteneqro - 11, Lixtenşteyn - 5, Moldova - 2.

Qeyd edək ki, Avstriya ilə İngiltərədən əlavə, təşkilatçı Fransa, eləcə də İslandiya, Çexiya, Şimali İrlandiya və Portuqaliya da AVRO-2016-nın final mərhələsində iştirak hüququna yiyələnib.

Xəbər 720 dəfə oxundu.