Azərbaycan idmançıları Tbilisidə keçiriləcək yunan-Roma güləşi üzrə dördüncü Avropa çempionatında iştirak edəcəklər
Oktyabrın 10-dan 17-dək Tbilisidə eşitmə qabiliyyəti zəif olan sərbəst və yunan-Roma güləşçilərinin dördüncü Avropa çempionatı keçiriləcək. Çempionatda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.

Gürcüstanın İdman və Gənclərlə İş Nazirliyindən bildiriblər ki, turnirdə 14 ölkədən 237 idmançı iştirak edəcək. Nazir müavini Şalva Qoqoladze deyib ki, Gürcüstan Baş nazirinin təşəbbüsü ilə keçiriləcək birinciliyin bütün maliyyə xərclərini nazirlik öz üzərinə götürüb. Çempionatın yüksək səviyyədə təşkil olunması üçün hökumətin ehtiyat fondundan nazirliyə maliyyə vəsaiti ayrılıb.

AZƏRTAC

Xəbər 684 dəfə oxundu.