Qusarın “Şahdağ” futbol klubu bu dəfə doğma meydanda məğlub oldu
Oktyabrın 8-də futbol üzrə Azərbaycan birinci divizionunda beşinci turun növbəti görüşləri keçirilib.

Şövkət Orduxanov adına Qusar şəhər stadionunda yerli “Şahdağ” klubu “Turan Tovuz” komandası ilə qarşılaşıb. Qapılara dörd qolun vurulduğu görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı meydan sahibləri açıblar. Matçın 8-ci dəqiqəsində Marat Muradov yerli azarkeşləri sevindirib. Amma Tovuz futbolçuları elə ilk hissədəcə bu qolun əvəzini artıqlaması ilə çıxıblar. Azər Məmmədov 10 dəqiqə sonra hesabı bərabərləşdirib. İlk hissənin sonlarında isə qonaqlar ikinci qolu da vurublar. Bu dəfə Vüsal Qarayev fərqlənib. İkinci hissədə daha bir dəfə fərqlənən qonaq komanda üç xalı üç qolla qazanıb.

Beş turdan sonra Qusarın “Şahdağ” komandasının hesabında cəmi bir xal var.

Xəbər 673 dəfə oxundu.