Bakıda Avropa “Fair Play” Hərəkatının və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresi davam edir
Oktyabrın 9-da Bakıda Avropa “Fair Play” Hərəkatının və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresi işini davam etdirir.

Konqresin ikinci günündə - oktyabrın 9-da Avropa “Fair Play” Hərəkatının İcraiyyə Komitəsinin üzvü xanım Katarina Raczın sədrliyi ilə “Olimpiya və ədalətli oyun dəyərlərinin qorunmasında dövlətin və qeyri-hökumət idman təşkilatlarının əməkdaşlığı və məsuliyyəti” mövzusu müzakirə olunub.

Böyük Britaniyadan olan mütəxəssis Devid Hemeri çıxışında ədalətli oyunların təbliğində dəyərlərin vacibliyini xüsusi vurğulayaraq bu baxımdan idmançıların məsuliyyətinin uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynadığını bildirib. O, ədalətli oyunların təbliğində təhsil, biznes, hökumət və qeyri-hökumət sektorlarının təcrübələri barədə məlumat verib.

Çıxışında idmanda uşaqların mühafizəsi məsələsinə toxunan britaniyalı digər xanım Enn Tiivas uşaqların hər cür zorakılıq hallarından qorunmasının dünya idmanının inkişafında, xüsusən ədalətli oyunların təbliğində əhəmiyyətini qeyd edib.

Sonra konqresin Təşkilat Komitəsinin nümayəndəsi Səlhət Abbasovanın “İdman körpülər salır: bəs möhkəm körpüləri biz necə qururuq?” mövzusunda məruzəsi dinlənilib.

Konqres işini davam etdirir.

Xəbər 726 dəfə oxundu.