İdman dırmanması üzrə hakimlik kursu keçiriləcək
Oktyabrın 12-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) nəzdində idman dırmanması üzrə hakimlik kursuna start veriləcək.

Beş gün davam edəcək kursun yekun imtahanından uğurla keçəcək iştirakçılara FAİREX tərəfindən sertifikatlar təqdim olunacaq. Həmin şəxslər idman dırmanması üzrə yarışlarda hakim kimi fəaliyyət göstərəcəklər.

Xəbər 1852 dəfə oxundu.