“Neftçi”nin futbolçusu: “Levski”yə qayıdacağıma ümid edənləri sevindirə bilməyəcəm
Bolqarıstana bəzi sənədləri düzəltməyə getmişdim və fürsətdən istifadə edərək “Levski” klubunun oyununa baxdım. Çünki futbol oynamağı sevdiyim qədər, ona baxmağı da sevirəm.

Bu sözləri Bakının “Neftçi” klubunun hücumçusu Anyete bildirib.

Futbolçu deyib: “Amma mən “Levski”yə qayıtmaq barəsində heç kimlə nə danışıq aparmışam, nə də söhbət etmişəm. Mənə iki dəfə yaxınlaşıb müsahibə almaq istəsələr də razılaşmadım. Bolqarıstan mediasında yer almış açıqlamalar isə həqiqəti əks etdirmir. Konkret deyim ki, “Levski”yə qayıdacağıma ümid edənləri sevindirə bilməyəcəm.

“Neftçi”də xoşbəxtəm. Məşqçilər, komanda yoldaşlarım və rəhbərlik mənə böyük etimad göstərir, Azarkeşlərimiz isə sadəcə möhtəşəmdir. Mən bu etimadı doğrultmaq, azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirəm”.

Xəbər 645 dəfə oxundu.