İdmançılarımız Beynəlxalq Məktəbli Festivalından 12 medal qazanıblar
Təhsil Nazirliyinin yığma komandaları MDB ölkələri arasında keçirilən III Beynəlxalq Məktəbli İdman Festivalında uğur qazanıblar.

Rusiyanın Ulyanovsk şəhərində təşkil edilən festivalda 12 ölkənin məktəbli komandaları 7 idman növü üzrə mübarizə aparıblar. Yarışlarda ölkəmizi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman məktəblərinin şagirdlərindən ibarət basketbol, şahmat, stolüstü tennis və badminton üzrə komandalar təmsil edib.

Komanda hesabında basketbol və şahmat üzrə təmsilçilərimiz ikinci yeri, stolüstü tennis üzrə üçüncü yeri, badminton üzrə qoşa yarışlarda üçüncü yeri tutublar. Ümumilikdə, təmsilçilərimiz yarışlarda 12 medal qazanıblar.

AZƏRTAC

Xəbər 607 dəfə oxundu.