Bakının “Lokomotiv” voleybol klubu İtaliyanın “Savino Skandiççi” komandasına qalib gəlib
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol komandası İtaliyada təlim-məşq toplanışını davam etdirir.

Bakı təmsilçisi Boloniya şəhərində ikinci yoldaşlıq oyununda qüvvəsini sınayıb. Yerli “Savino Skandiççi” komandası ilə qarşılaşan “Lokomotiv” rəqibini 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Lokomotiv” ilk görüşündə İtaliyanın “Bisonte Florense” komandası ilə heç-heçə oynamışdı – 2:2.

Xəbər 850 dəfə oxundu.