Samir Abasov Sumqayıtı ilin sonunadək çalışdıracaq
Bu gün "Sumqayıt" Futbol Klubunda Müşahidə Şurasının iclası keçirilib. Iclasda komandanın baş məşqçisi Aqil Məmmədovun istefa ərizəsinə baxılıb.

Qeyd edək ki, adıçəkilən məşqçi 5 oktyabr tarixində klub rəhbərliyinə istefa verdiyini rəsmən açıqlamışdı. Toplantıda Müşahidə Şurası Aqil Məmmədovun istefa ərizəsini qəbul edib. Şura üzvləri iclasda Aqil Məmmədova minnətdarlığını bildirərək ona gələcək karyerasında uğurlar arzulayıb.

Müşahidə Şurasının iclasında qərardan irəli gələn növbəti vacib məsələ isə A komandanın baş məşqçi vəzifəsinə namizədlərin müzakirəsi və seçilməsi olub. Çıxarılan qərara əsasən, əsas komanda 2015/2016 mövsümünün sonuna qədər Samir Abasova həvalə edilib, eyni zamanda adıçəkilən mütəxəssisə məşqçilər korpusunun formalaşadırılması tapşırığı verilib.

Xəbər 711 dəfə oxundu.