2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının stadionlarının adları açıqlanıb
2018-ci il dünya çempionatı üçün nəzərdə tutulan stadionların adları təsdiqlənib. FİFA və "Rusiya-2018" Təşkilat Komitəsi arenaların rəsmi adlarını razılaşdırıblar.

Stadionlardan 8-nin adı onların yerləşdikləri şəhərlə üst-üstə düşür, qalan 4-ü isə yerli mədəni və futbol aspektləri ilə əlaqəlidir.

Dünya çempionatı və ondan bir il öncə keçiriləcək Konfederasiyalar Kubokunda istifadə olunacaq stadionların adları:

"Yekaterinburq Arena" - Yekaterinburq
"Fişt stadionu" - Soçi
"Kazan Arena" - Kazan
"Kalininqrad stadionu" - Kalininqrad
"Lukniki stadionu", "Spartak stadionu" - hər ikisi Moskva
"Mordoviya Arena" - Saransk
"Nijni Novqorod stadionu" - Nijni Novqorod
"Rostov Arena" - Rostov-Don
"Samara Arena" - Samara
"Sankt-Peterburq stadionu" - Sankt-Peterburq
"Volqoqrad Arena" - Volqoqrad

Qeyd edək ki, dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Xəbər 815 dəfə oxundu.