Azərbaycanın da təmsil olunduğu avtomobil üzrə dünya turunun iştirakçıları Myanmaya çatıb
Müxtəlif ölkələrdən olan avtomobil həvəskarlarından ibarət qrup “Dünya bizimdir” adlı ekspedisiya çərçivəsində artıq Myanma Birliyi Respublikasına çatıb.

13 nəfərlik heyətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ölkəmizin “Offroad” klubu da təmsil olunur.

Qeyd edək ki, Myanma Birliyi Respublikası yaxın vaxtlara qədər öz avtomobili ilə səyahət edən turistlər üçün bağlı idi. Rusiyalı Aleksey Kamerzanovun rəhbərlik etdiyi ekspedisiyanın üzvləri bu qadağanın ləğvindən sonra ölkəyə avtomobillə gələn ilk turistlər olub.

Xatırladaq ki, “Dünya bizimdir” adlı ekspedisiya 2015-ci ilin iyun ayında start götürüb. Səyahətçilər 5 qitədə 50 ölkə üzrə yürüş etməyi nəzərdə tutur. Ekspedisiyanın oktyabr ayında başlayan ikinci mərhələsində iştirakçılar Hindistan, Pakistan, İran və Azərbaycandan da keçməyi planlaşdırırlar.

Xəbər 579 dəfə oxundu.