Qadın güləşçilərimiz reytinq siyahısındakı mövqelərini möhkəmləndirib
Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.Qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var.

Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilmiş Dünya çempionatında gümüş medal qazanan Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Bundan əvvəlki reytinq siyahısında 60 kq çəkidə 7-ci sırada qərarlaşan Yuliya Ratkeviç isə Dünya çempionatında 58 kq-da qazandığı bürünc medal sayəsində bu çəkidə 4-cü sıranı tutub. Dünya çempionatını 5-ci sırada tamamlayan Anjela Doroqan da mövqeyini yaxşılaşdırıb və siyahıda 6-cı yerə yüksəlib. Onluğa düşən daha bir güləşçimiz isə İrina Netrebadır. O, 60 kq çəki dərəcəsində reytinq siyahısının 5-ci pilləsində qərarlaşıb.

48 kq
2. Mariya Stadnik - Dünya çempionatı 2-ci yer (2)

53 kq
6. Anjela Doroqan - Dünya çempionatı 5-ci yer (10)

55 kq
11. Nataliya Sinişin - Avropa Oyunları 3-cü yer (2)
15. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (6)

58 kq
4. Yuliya Ratkeviç - Dünya Çempionatı 3-cü yer (7@60 kq)


60 kq
5. İrina Netreba - Polşa turniri 3-cü yer (14@58 kq)

63 kq
14. Nadya Muşka - Polşa turniri 2-ci yer

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Xəbər 694 dəfə oxundu.