Sərbəst güləşçilər Çeçenistan prezidentinin Kuboku uğrunda yarışacaq
10-11 oktyabr 2015-ci il tarixdə Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçiriləcək. Məşqçilər Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə yığma komandanın 10 üzvü iştirak edəcək.

Heyətdə Pərviz İbrahimov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov, Qitinamaqomed Hacıyev (hər ikisi 70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Aleksandr Qostiyev, Hacı Əlicanov (hər ikisi 86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.

Xəbər 701 dəfə oxundu.