"Neftçi" - "Qəbələ" matçının yeri yenidən dəyişdirildi
"Neftçi"nin Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ" ilə qarşılaşmanın yerinin dəyişməsinə razılıq verdiyini xəbər vermişdik.

Razılığa görə ilk dövrədə bu komandalar arasındakı görüş Qəbələdə, cavab matçı isə Bakıda keçirilməliydi.

Amma sonradan tərəflər fərqli qərar qəbul ediblər. Belə ki, təqvimə uyğun olaraq, "Neftçi" "Qəbələ"ni ilk dövrədə elə Bakıda qəbul edəcək. Amma "Bakcell Arena"da yox. Klubdan saytımıza verilən açıqlamada bunlar qeyd olunub: "Qəbələ" klubu ilə müzakirələrdən sonra belə qərara gəldik ki, "Neftçi" bu rəqibini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul etsin".

Xəbər 704 dəfə oxundu.