Bu gün ​AVRO-2016-nın seçmə mərhələsində növbəti tura start veriləcək
Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsinin IV turuna start veriləcək. İlk oyun günündə 3 qrupda 8 qarşılaşma keçiriləcək.

D qrupunda Gürcüstan millisi aktivində xal olmayan Cəbəllütariqlə qarşılaşacaq. Qrup lideri Almaniya İrlandiyanı sınağa çəkəcək. Final mərhələsinə yüksəlmək üçün Bundestimə heç-heçə də kifayət edəcək. Əvəzində Şotlandiya millisi ən azı "pley-off" şanslarını qorumaq üçün Polşa ilə qarşılaşmadan mütləq qalib ayrılmalıdır.

F qrupunda liderlik uğrunda mübarizə aparan Şimali İrlandiya və Rumıniya yığmaları Yunanıstan və Finlandiyanı qəbul edəcəklər. Britaniyalılar xal itirəcəkləri təqdirdə, qrup birinciliyini əldən verə, Rumıniya isə skandinaviyalıları yenərək liderliyə yüksələ bilər. Qrupun digər oyununda Macarıstan və Farer Adaları münasibətlərinə aydınlıq gətirəcək.

İ qrupunda isə azarkeşlər daha maraqlı görüşün şahidi olacaqlar. Qrup lideri Portuqaliya özündən 3 xal geridə olan Danimarkanı sınağa çəkəcək. Bu qarşılaşmada Kriştianu Ronaldunun komandasına final mərhələsinə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Albaniya - Serbiya matçı isə öz prinsipiallığı ilə seçilir. Komandaların ilk görüşü siyası qalmaqal səbəbindən yarımçıq qalıb. UEFA isə hər iki komandanı sərt cəzalandırıb. Albaniya millisinə dəvət alanlar sırasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də var.

Qeyd edək ki, hələlik bu qrupların heç birindən final mərhələsinə vəsiqə qazanan olmayıb. İndiyədək bu hüquqa təşkilatçı Fransadan əlavə, Çexiya, İslandiya, İngiltərə və Avstriya yiyələnib.

D qrupu
21:00. Gürcüstan - Cəbəllüttariq
Baş hakim: Sergey Boyko (Ukrayna)
Tbilisi, Boris Payçadze adına "Dinamo Arena"
23:45. İrlandiya - Almaniya
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Dublin, "Aviva" stadionu
23:45. Şotlandiya - Polşa
Baş hakim: Viktor Kaşşay (Macarıstan)
Qlazqo, "Hempden Park"
Xal durumu: Almaniya - 19, Polşa - 17, İrlandiya - 15, Şotlandiya - 11, Gürcüstan - 6, Cəbəllüttariq - 0.

F qrupu
23:45. Macarıstan - Farer adaları
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Budapeşt. "Qroupama Arena"
23:45. Şimali İrlandiya - Yunanıstan
Baş hakim: Bas Niyhuis (Hollandiya)
Belfast, "Vindzor Park"
23:45. Rumıniya - Finlandiya
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
Buxarest, "Milli Arena"
Xal durumu: Şimali İrlandiya - 17, Rumıniya - 16, Macarıstan - 13, Finlandiya - 10, Farer adaları - 6, Yunanıstan - 3.

İ qrupu
23:45. Albaniya - Serbiya
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Elbasan, "Elbasan Arena"
23:45. Portuqaliya - Danimarka
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Braqa, "Estadio Municipial"
Xal durumu: Portuqaliya - 15, Danimarka - 12, Albaniya - 11, Ermənistan - 2, Serbiya - 1.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 9-u və 10-da keçiriləcək.

Xəbər 720 dəfə oxundu.