Bakı klubu beynəlxalq turnirdə 2-ci yeri tutdu | |
Qadın voleybolçulardan ibarət "Telekom" klubu beynəlxalq turnirdə ikinci yeri tutub. Komandamız Türkiyədə Çengiz Göllünün xatirəsinə həsr olunmuş yarışın finalında Rusiyanın "Proton" klubu ilə qarşılaşıb. "Bursaspor" klubunun ev sahibliyi etdiyi yarışın 5-ci turunda təmsilçimiz qələbə qazansa da, çempion adına ruslar sahib çıxıblar. Son turda keçirilmiş oyunlarından sonra turnir cədvəlində "Proton" 10 xalla birinci, "Telekom" 9 xalla ikinci, Fransa "Kann"ı 9 xalla üçüncü yeri tutub. 8 xala sahib Polşanın "Atom" klubu dördüncü, meydan sahibi "Bursaspor" 6 xalla beçinci, "Qalatasaray" isə 3 xalla sonuncu pillədə qərarlaşıb. Çengiz Göllü beynəlxalq turnir V tur "Telekom" - "Proton" 3:2 (18:25, 25:19, 20:25, 25:17, 15:7) |
|
Xəbər 688 dəfə oxundu. |
|
|