““Kəpəz”lə görüşdə imkanlarımızdan yararlana bilmədik”
“Kəpəz”lə oyuna əsasən komandamın hazırkı durumunu qənaətbəxş saymaq olar”. İdman.com.az saytının məlumatına görə, bu sözü Moskvanın “Spartak” klubunun əvəzedici heyətinin baş məşqçisi Dmitri Qunko deyib.

O, Gəncənin “Kəpəz” klubu ilə Antalyada keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Amma təəssüf ki, “Kəpəz” lə oyun göstərdi ki, qol imkanlarından istifadə aşağı səviyyədədir. Təbii ki, bu istiqamətdə çalışmalıyıq”.
Qeyd edək ki, “Kəpəz” “Spartak”ın əvəzedici heyəti ilə qolsuz heç-heçə edib.

Xəbər 955 dəfə oxundu.