İtaliya millisi bu gün Bakıya gəlir
"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya millisi bu gün ölkəmizə gələcək.

“Skuadra Adzurra”nı Bakıya gətirən təyyarənin 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Komanda üzvləri hava limanından birbaşa qalacaqları otelə yollanacaq.

Oktyabrın 9-da İtaliya millisi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyunöncəsi məşqə çıxacaq.

Xatırladaq ki, Azərbaycan - İtaliya görüşü oktyabrın 10-da keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər 688 dəfə oxundu.