“Azəriqaz” İstehsalat Birliyində Spartakiada qalibləri ilə görüş olub
Oktyabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində Neft, Qaz və Kimya Sənayesi İşçilərinin XXIII Spartakiadasında uğurla iştirak edərək qələbə qazanmış əməkdaşlarla görüş keçirilib.

İB-in rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə “Azəriqaz”ın baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev belə yarışların neft-qaz sənayesi əməkdaşlarının sağlamlığının təmin olunmasına xidmət etdiyini deyib.

Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov Spartakiada barədə ətraflı məlumat verib, neft, qaz və kimya sənayesi işçiləri arasında dostluq münasibətlərinin möhkəmlənməsində, SOCAR-ın idarə və müəssisələrində sağlam mühitin formalaşmasında bu tədbirin əhəmiyyətini qeyd edib.

Sonda yarışlarda uğur qazanmış işçilərə “Azəriqaz” İB və Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları, qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 768 dəfə oxundu.