"Qəbələ"nin rəqibi braziliyalı hücumçu alır
"Qəbələ"nin futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın "Borussiya" klubu heyətini braziliyalı futbolçu ilə gücləndirə bilər. Dortmund təmsilçisi hazırda icarə əsasında Braziliya "San-Paulu"sunda çıxış edən Aleşandre Patonu transfer etmək niyyətindədir.

Müqavilə ilə Braziliyanın "Korintians" klubuna məxsus 26 yaşlı hücumçunun keçidi baş tutmasa, "Ştutqart"da forma geyinən Daniel Qinçek üçün hərəkətə keçiləcək.
Qeyd edək ki, "Borussiya" oktyabrın 22-də Bakıda "Qəbələ"nin qonağı olacaq.

Xəbər 703 dəfə oxundu.