İtaliya yığmasının daha bir futbolçusu Azərbaycanla oyunu buraxa bilər
"Napoli" və İtaliya milli komandasının hücumçusu Lorentso İnsinye zədə üzündən yığmanın dünənki məşqini buraxmalı olub.

İtaliyalı futbolçu "Milan" ilə oyunda dizini zədələyib və hələlik yığma həkimlərinin nəzarəti altında olacaq.
"Qorxulu bir şey yoxdur. O son oyunlarda bir neçə zərbə alıb və dizi şişib. Bu gün biz "Napoli" həkimləri ilə razılaşmadan sonra, dizdəki mayenin bir hissəsini götürdük", - deyə yığmanın baş həkimi Franko Kastellaççi bildirib.

Bundan sonra İnsinyenin Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı meydana çıxmaq məsələsinə qərar veriləcək.

Xəbər 700 dəfə oxundu.