Millimizin Avstriya ilə matçı islandiyalılara tapşırıldı
21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsində Avstriya - Azərbaycan matçına hakim təyinatları müəyyənləşib.

Qarşılaşmanı islandiyalı Qunnar Yarl Yonsson idarə edəcək. Ona Qunnar Qunnarson, Birkir Siqurdarson kömək edəcək. Dördüncü hakim isə Torvaldur Arnason olacaq.

Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu oktyabrın 9-u keçiriləcək.

Xəbər 839 dəfə oxundu.