Bolqarıstan – Azərbaycan oyununun biletləri oktyabrın 7-dən satışa çıxarılacaq | |
Futbol üzrə “Avro 2016”-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Azərbaycan yığmaları arasında keçiriləcək matça biletlər oktyabrın 7-dən etibarən satışa çıxarılacaq. Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək qarşılaşmanın biletləri 7-20 levə (4,2-11,98 manat) satılacaq. Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də keçiriləcək və saat 23:45-də start götürəcək. |
|
Xəbər 684 dəfə oxundu. |
|
|