Sergey Karyakin: Dünya Kubokunda qazandığım qələbəni azərbaycanlı qrossmeyster, dostum Vüqar Həşimova həsr edirəm
Dünya Kubokunda qazandığım qələbəni azərbaycanlı qrossmeyster, dostum Vüqar Həşimova həsr edirəm. O, mənə çox əziz bir insan idi və mən onunla dostluğu həmişə yüksək qiymətləndirmişəm.

FİDE-2015 dünya Kubokunun qalibi, rusiyalı şahmatçı Sergey Karyakin bu sözləri final tay-breykindən sonra keçirilən mətbuat konfransında söyləyib.

Sergey Karyakin qeyd edib ki, Azərbaycanda çoxlu azarkeşləri var. O deyib: “Onlara təşəkkürümü bildirmək istəyirəm. Xüsusən Vüqarın qardaşı Sərxan Həşimov məni çox dəstəkləyir, həm şahmat, həm də psixoloji hazırlıq baxımından məsləhətləri ilə mənə kömək edirdi. Buna görə ona minnətdaram”.

Xəbər 677 dəfə oxundu.