​"Neftçi" rəhbərliyi ilə azarkeşlər arasında 5 saatadək davam edən görüş keçirilib
"Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədov ötən gün azarkeşlərlə görüşüb.

O, bildirib ki, görüş təxminən 5 saatadək davam edib. Ç.Abdullayev bu açıqlamanı görüş davam etdiyi vaxt verdiyindən, nəticədən hələ xəbərsiz olduğunu söyləyib. Müşahidə Şurasının sədri azarkeşlər arasında kənardan öyrədilmiş şəxslərin olduğuna inanmadığını da əlavə etdi: "Azarkeşlərin narazılıqları təbiidir. Biz də bəzi şeyləri bilirik. Hazırda bu məsələnin həlli üzərində düşünürük. İnanmıram ki, onların arasında öyrədilmiş şəxslər olsun".

Müşahidə Şurasının sədri azarkeşləri anlayışlı olmağa çağırıb: "Tərəfdarlarımız başa düşməlidirlər ki, biz bu komandanı qururuq. Tam yeni kollektiv yaradırıq. Demişik ki, yavaş-yavaş yuxarı səviyyəyə qaldıracağıq. "Neftçi" həmişə birinci yerdə olmalıdır. İnanıram ki, belə də olacaq".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının VII turunda "Zirə"yə 0:2 hesabı ilə uduzub. Flaqman hazırda 9 xalla 5-ci pillədədir.

"Report"

Xəbər 780 dəfə oxundu.