FİFA Malaziya yığmasını cəzalandırıb
Buna "DÇ-2018"in seçmə mərhələsində Səudiyyə Ərəbistanı ilə keçirilən oyunda yaşanan xoşagəlməz hadisələr səbəb olub.

Sentyabrın 8-də Malaziyada keçirilən oyun zamanı yerli azarkeşlərin meydana fişəng və partladıcı maddələr atması səbəbindən görüş yarımçıq dayandırılıb. Həmin oyunda baş verənlərlə bağlı qərarlarını açıqlayan FİFA İntizam Komitəsi Malaziya yığmasına 0:3 hesablı texniki məğlbubiyyət verib.

Üstəlik komanda noyarın 17-də öz meydanında Birləşmiş Ərəb Əmirlikləri ilə baş tutacaq oyunu boş tribunalar önündə keçirməli olacaq. Həmçinin Malaziya Futbol Federasiyası 40 min İsveçrə frankı (təqribən 43 min manat) məbləğində cərimələnib.

Xəbər 804 dəfə oxundu.