“Synergy Baku” klubunun velosipedçiləri “Tour of Almaty” yürüşündə mübarizə aparıblar
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” Qazaxıstanda təşkil olunan “Tour of Almaty” yürüşündə mübarizə aparıb.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı birgünlük yarışında komandamızın heyətində Elçin Əsədov, Elgün Əlizadə, Maksim Averin, Markus Eybeger, Tural İsgəndərov, Samir Cəbrayılov, Matey Müqerli və Aleksandr Surutkoviç çıxış ediblər.

“Astana”, “Katyuşa” və “RusVelo” kimi pro-tur və pro-kontinental komandaların mübarizə apardığı yarışda iştirakçılar 31 kilometrlik marşrut boyunca 6 dövrə vurublar. Nəticədə ilk onluqda “Synergy Baku”nun iki üzvü yer alıb. Belə ki, Matey Müqerli 7-ci, Markus Eybeger isə 9-cu yeri tutub.

Xəbər 684 dəfə oxundu.