Pavel Paşayev "fərqləndi", komandası yenə darmadağına üzüldü
Ukrayna çempionatında 10-cu turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb.

Zaporojye klubu doğma meydanda Donetsk "Olimpik"i ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Pavel sonadək mübarizə aparıb və 32-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər 696 dəfə oxundu.