Ramil Diniyevin təyinatı "Sumqayıt"ın ciddi narazılığına səbəb oldu
Ramil Diniyevin bu gün oynanılacaq "Kəpəz" - "Sumqayıt" matçına baş hakim təyin olunması "Sumqayıt"ın ciddi narazılııan səbəb olub.

Buna səbəb "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin Ramilin əmisi olmasıdır.

Təbii ki, belə olan halda oyunun obyektivliyi də şübhə altına düşür. Çünki "Kəpəz"in də işləri son vaxtlar yaxşı getmir və onlar "Sumqayıt"la oyuna 6 xallıq oyun gözü ilə baxırlar. Belə olan halda heç kim zəmanət verə bilməz ki, Diniyev çətin durumda olan əmisinə kömək etməyəcək. Sumqayıtlıları da narazı salan məhz budur. Təsadüfi deyil ki, komandanın baş məşqçisi Aqil Məmmədov da mətbuata açıqlamasında bildirib ki, o, Ramildən obyektiv hakimlik gözləmir.

Xəbər 746 dəfə oxundu.