"Sumqayıt" və "Kəpəz" yeni transferlərini sifariş etdi
"Sumqayıt" və "Kəpəz" yenicə transfer etdikləri futbolçuları Peşəkar Futbol Liqasına təqdim etdiyi iştirak ərizəsinə əlavə etdirib. PFL-də qeydiyyatdan keçirilən yeni üç futbolçudan ikisi sumqayıtlıların, biri isə gəncəlilərin yeni transferidir.

Belə ki, "Sumqayıt" Amil Yunanovla Mirzağa Hüseynpuru sifariş ərizəsinə daxil edibsə, "Kəpəz" kamerunlu futbolçu Julien Tobie Ebahı sifariş edib. Bir sözlə, sözügedən oyunçular artıq bu gün Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində meydana çıxa bilərlər.

Maraq üçün qeyd edək ki, "Kəpəz"lə "Sumqayıt" bu tur Gəncədə elə bir-biri ilə qarşılaşacaq.

Xəbər 751 dəfə oxundu.