Balayevsiz daha bir oyun
Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi "Ayntraxt" səfərdə "İnqolştadt"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Ayntraxt" hazırda 9 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər 741 dəfə oxundu.