Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı keçirilib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb.

"Report" xəbər verir ki, 2 gün davam edən yarışa 100-ə yaxın idmançı qatılıb.
Onlar 3 mərhələdə mübarizə aparıblar. Çempionatın final mərhələsi gərgin idman mübarizəsi şəraitində keçib.

Federasiya prezidenti Firdovsi Əliyevin sözlərinə görə, artıq ənənə halını alan çempionatın təşkilində əsas məqsəd sağlam gənclik formalaşdırmaqdır.
Çempionatda istirak edən idmançılar yarışın çətin olduğunu, lakin əzmlə mübarizə nəticəsində qalib adını qazandıqlarını bildiriblər.

Sonda turnirin mükafatlandırma mərasimi keçirilib. Qalib idmançılara diplom, kubok və medallar təqdim olunub.

Xəbər 568 dəfə oxundu.