«Bu dəfəi daha çox medal əldə edəcəyimizə ümid edirik»
Gənc uniyevrsal döyüşçülərimiz bir neçə gündən sonra Qusarda 14 günlük təlim-məşqlərə başlayacaqlar. Məqsəd, Rusiyada qış mövsümü üzrə keçiriləcək dünya kubokuna hazırlıqdır. Milli komandanın baş məşqçisi Elşən İsmayılov, idman.com.az saytına açıqlamasında, bu yarışda kişilərin 5, qadınların 3 çəki dərəcəsində mübarizə aparacaqlarını deyib.

O, Afaq Cavadova, Xəyyam Səfixanov, Mobil Hüseynov, Nicat Tağıyev və digər idmançıların hazırlıqlarının daha yüksək olduğunu qeyd edib: «Bakıda təlim bazamızda idmançılarımız fiziki hazırlıqlarını artırırlar. Qusarda isə texniki və taktiki və texniki hazırlıqlarını artıracaqlar. Budəfəki Dünya kubokunda daha çox medal əldə edəcəyimizə ümid edirik».

Məlumat üçün bildirək ki, ötən ilin noyabrında Moskvada kişilər və qadınlar arasında keçirilmiş dünya kubokunda universal döyüşçülərimiz 2 gümüş, 4 bürünc medal qazanmışdılar.

Leyla Qurbanova

Xəbər 2520 dəfə oxundu.