Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun daha bir oyunu keçiriləcək. Çempionatın debütantı "Zirə" doğma azarkeşlər önündə "Neftçi" ilə üz-üzə gələcək. Görüş "Zirə" İdman Kompleksinin stadionunda baş tutacaq. Komandalar VI turun nəticəsinə əsasən qonşu pillələrdə yer alıblar. Aktivində 12 xal olan "Zirə" 4-cü, 9 xal olan "Neftçi" isə 5-ci pillədədir. Bugünkü görüşdə meydan sahibləri qələbə qazanacağı və oyun heç-heçə bitəcəyi təqdirdə turnir cədvəlindəki mövqeyini möhkəmləndirəcək. "Ağ-qaralar" isə meydanı qalib tərk edəcəyi halda "Zirə" ilə xallarını bərabərləşdirəcək. Əliyar Ağayevin baş hakim olacağı qarşılaşma saat 19:00-da start götürəcək. Azərbaycan Premyer Liqası, VII tur 19:00. "Zirə" - "Neftçi" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Məlik Həsənov Zirə İdman Kompleksinin stadionu Qeyd edək ki, turun ilk oyununda AZAL doğma meydanda "Rəvan"ı 1:0 hesabı ilə məğlub edib. |
|
Xəbər 696 dəfə oxundu. |
|
|