“Qarabağ”ın yarımmüdafiəçisi UEFA-nın rəmzi yığmasında yer alıb
Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinin ikinci turunun rəmzi yığması açıqlanıb.

UEFA-nın saytında yer alan rəmzi yığmanın 11 futbolçusu arasında "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda da var. Avroliqanın ikinci turunda Azərbaycan çempionuna Belçikanın "Anderlext" komandası üzərində qələbə qazandıran yeganə qolu məhz braziliyalı futbolçu vurmuşdu.

Siyahıda Riçard Almeydadan əlavə, Etan Horvat (“Molde”, Norveç), Nenad Tomoviç (“Fiorentina”, İtaliya), Yakub Brabeç (“Sparta”, Çexiya), Vladimir Çoufal ("Slovan", Çexiya), Markus Henriksen (“Alkmaar”, Hollandiya), Birkir Byarnason (“Bazel”, İsveçrə), Andriya Jivkoviç (“Partizan”, Serbiya), Pione Sisto (“Mityulland”, Danimarka), Fernandao (“Fənərbağça”, Türkiyə) və Franko di Santo (“Şalke”, Almaniya) yer alıblar.

Xəbər 694 dəfə oxundu.