Emin Quliyev mətbuat konfransına gəlmədi
"Rəvan"ın məşqçisi Rövşən Babayev Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Tərlan Əhmədovu təbrik edirəm. AZAL əzmkar oyun sərgilədi. Bizdə bəxt çatmır. Çalışacağıq ki, gələn oyunlarda problemi aradan qaldırıb, yaxşı futbol sərgiləyək, nəticə qazanaq".

Qeyd edək ki, “Rəvan”ın baş məşqçisi Emin Quliyev səhhətindəki problemləri əsas gətirərək, mətbuat konfransına qatılmayıb.

Xəbər 743 dəfə oxundu.