“Azəryol” voleybol klubunun üzvləri ilə görüş keçirilib
Oktyabrın 2-də Bakının qadınlardan ibarət “Azəryol” voleybol klubunun yeni seçilmiş prezidenti Cəmil Rüstəmxanlı komandanın üzvləri ilə görüşüb.

Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında ölkəmizi təmsil edəcək komandanın yarışa hazırlığını yüksək qiymətləndirən klub rəhbərliyi nüfuzlu turnir üçün güclü heyətin formalaşdırıldığını diqqətə çatdırıb. Avropa çempionatında mübarizə aparan Azərbaycan millisinin voleybolçularının da heyətdə yer aldığının vurğulandığı tədbirdə C.Rüstəmxanlı komandaya yeni mövsümdə uğurlar arzulayıb.

Əsas hədəfin çempionluq olduğunu diqqətə çatdıran natiq ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və voleybolçular üçün yaradılan şərait barədə məlumat verib.

CEV kuboku yarışlarının onaltıdabir final mərhələsindən mübarizəyə qoşulacaq “Azəryol” Rumıniyanın “Tarqovişte” kollektivi ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun oktyabrın 27/29-da, cavab qarşılaşması isə noyabrın 10/12-də keçiriləcək.

Xəbər 681 dəfə oxundu.