Qadın voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib
Belçika və Hollandiyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib.

Meydan sahiblərindən biri olan Belçika mübarizəni dayandırıb, digər ev sahibi Hollandiya isə yarımfinala yüksəlib. Bu mərhələdə Hollandiyanın rəqibi Türkiyə yığması olacaq.

Yarışların digər yarımfinalında Rusiya ilə Serbiya qarşılaşacaq. Yarımfinal oyunları oktyabrın 3-də keçiriləcək.

Xatırladaq ki, Avropa çempionatının “B” qrupunda yer alan Azərbaycan komandası Türkiyə, Belçika və Macarıstan millilərinə məğlub olaraq, yarışların qrup mərhələsində mübarizəni dayandırmışdı.

Xəbər 662 dəfə oxundu.