AZAL Rəvanla üz-üzə - heyətlər
Bu gün Topaz Premyer Liqasında 7-ci tura start verilir. Milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turun ilk oyun günündə bir görüş keçiriləcək.

AZAL doğma meydanda "Rəvan"la münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsümə çox pis başlayan, ilk xalını ötən tur "Sumqayıt"la qarşılaşmada qazanan Tərlan Əhmədovun komandası bu dəfə cari mövsümün ilk qələbəsini də rəsmiləşdirə bilər. Amma Emin Quliyevin çalışdırdığı "Rəvan" da hələ qələbə üzünə həsrətdir. Bu baxımdan turnir cədvəlinin son iki pilləsində qərarlaşmış komandaların dueli böyük maraqla gözlənilir.

Topaz Premyer Liqası
7-ci tur
2 oktyabr (cümə)

19:00. AZAL - “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev.
Bakı. “AZAL Arena”.

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli, 19. Məhəmməd Bədəlbəyli.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 28. Müşfiq Teymurov, 9. Aydın Qasımov, 20. İsmayıl İbrahimli, 11. Ruslan Nəsirli, 15. Rüfət Musayev, 7. Tərlan Xəlilov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Rəvan”: 32. Konstantin Maxnovski, 21. Novruz Məmmədov (k), 6. Vüqar Bəybalayev, 16. Orxan Lalayev, 11. Şeriff Suma, 18. Samuel Barlay, 92. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev, 17. Ramazan Abbasov, 19. Tural Qürbətov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 8. Məhəmməd Quliyev, 77. Cavad Kazımov, 7. Elvin Həsənəliyev, 39. Əlibəy Məmmədli, 10. Alibobo Raxmatullayev.
Baş məşqçi: Emin Quliyev.

Turun digər oyunları: 3 oktyabr (19:00. “Zirə” - “Neftçi"). 4 oktyabr (16:00. “Kəpəz” - “Sumqayıt”, 19:00. “İnter” - “Qarabağ”, 21:00. “Qəbələ” - “Xəzər Lənkəran”).

Bombardirlər:
3 - Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Dieqo Martins ("İnter"), Aleksey Qay ("Qəbələ"), Riçard Almeyda ("Qarabağ").

Xəbər 701 dəfə oxundu.