İlham Əliyev milli komandanın üzvlərini qəbul etdi
Prezident İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən I Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Komandanın üzvü Elçin Camallı, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev görüşdə çıxış edərək ölkəmizdə idmana, atçılığın və onun polo növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə İlham Əliyevə təşəkkür etdilər.

Sonra Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olunub. Dövlət başçısı əldə edilmiş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd edib.

Polo üzrə milli komandanın məşqçisi Silvester Qarros çıxış edərək ölkədə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda əldə etdiyi nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışıb.

Xəbər 707 dəfə oxundu.