Baku Open 2015 beynəlxalq şahmat festivalı
Novxanı qəsəbəsində yerləşən AF Hoteldə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş ənənəvi “Baku Open 2015” beynəlxalq şahmat festivalında 2-ci turun görüşləri yekunlaşıb.

“A” turnirində 2-ci turda həmyerlimiz Talıb Babayev Hindistan təmsilçisi Aravind Cithambaram üzərində qələbə qazanıb. Rusiya şahmatçısı Vladimir Potkin Loğman Quliyevi məğlub edib. Ukraynalı Mikhaylo Oleksiyenko İran təmsilçisi Şahin Lorparizangenehlə xalları yarı bölüb. Emil Mirzoev və Nicat Abasov qarşılaşması da sülhlə nəticələnib. Hindistanlı Puranik Abhimanyu təmsilçimiz Abdulla Qədimbəyli üzərində qələbə qazanıb. Nicat Ağayev isə İran şahmatçısı Amirezza Pourramezanalinin müqavimətini qıra bilməyib. Beləlikə, 2 turdan sonra Talıb Babayev, Vladimir Potkin, Amirezza Pourramezanali,Papin Vasiliy və Puranik Abhinmayu hərəyə 2 xal toplayaraq turnirə liderlik edirlər.

B qrupunda isə 2 turdan sonra 32 zəka sahibinin aktivində 2 xal var.

Yarışda ölkəmizlə yanaşı 10 ölkədən 220-ə yaxin şahmatçı (22 beynlxalq qrossmeyster, 17 beynəlxalq usta və 9 FİDE ustası ) qələbə uğurunda mübarizə aparır.Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.

Xəbər 644 dəfə oxundu.