Premyer Liqamızda 7-ci tura start verilir (YENİLƏNİR) | |
Bu gün Azərbaycan Premyer Liqasının VII turun oyunlarına start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən AZAL doğma meydanda "Rəvan"ı sınağa çəkəcək. Ötən tur "Sumqayıt"la görüşdə (1:1) ilk xalını qazanan Tərlan Əhmədovun komandası bu oyundan 3 xalla ayrılmağa çalışacaq. Lakin keçirdiyi 6 görüşdə bir qələbə belə qazana bilməyən "Rəvan" da səfərdən ən azı bir xalla ayrılmaq niyyətindədir. "AZAL Arena"da keçiriləcək matç saat 19:00-da başlayacaq. Qeyd edək ki, Premyer Liqamızda 7-ci tura bazar günü keçiriləcək 3 oyunla yekun vurulacaq. 2 oktyabr (cümə) Azərbaycan Premyer Liqası, 7-ci tur 19:00. AZAL – “Rəvan” Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev Bakı. “AZAL Arena” 3 oktyabr (şənbə) 19:00. “Zirə” – “Neftçi” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev Zirə İdman Kompleksinin stadionu. 4 oktyabr (bazar) 16:00. “Kəpəz” – “Sumqayıt” Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə Gəncə şəhər stadionu. 19:00. “İnter” – “Qarabağ” Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov Bakı. "İnter Arena". 21:00. “Qəbələ” – “Xəzər Lənkəran” Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov Qəbələ şəhər stadionu. |
|
Xəbər 814 dəfə oxundu. |
|
|