"Turan Tovuz"un sabiq baş məşqçisi Bolqarıstan çempionatında
Vaxtı ilə "Turan Tovuz"un baş məşqçisi olmuş Naci Şensoyun yeni iş yeri məlum olub.

Təcrübəli mütəxəssis məşqçilik karyerasını Bolqarıstanda davam etdirəcək. O, Yüksək liqada çıxış edən "Pirin" komandası ilə razılığa gəlib.

Qeyd edək ki, Şensoyun son iş yeri Superliqa təmsilçisi "Gənclərbirliyi" olub.

Xəbər 736 dəfə oxundu.