Pyotr Svidler şahmat üzrə Dünya Kubokunun final mərhələsinin birinci partiyasında qalib gəlib
Rusiya qrossmeysteri Pyotr Svidler Bakıda keçirilən Dünya Kubokunun final mərhələsinin birinci partiyasında həmvətəni Sergey Karyakinə qalib gəlib.

Peterburqlu şahmatçı ağ fiqurlarla qələbə qazanıb. Rəqib 29-cu gedişdən sonra təslim olub.

Matçda hesab 1:0-dır. Rusiya qrossmeysterləri arasında klassik şahmat üzrə ikinci partiya oktyabrın 2-də oynanılacaq.

Qeyd edək ki, final dörd klassik partiyadan ibarət olacaq. Qalib müəyyən olunmasa, rəqiblər güclərini tay-breyk oyununda sınayacaqlar.

Xəbər 616 dəfə oxundu.