"Qarabağ" və "Qəbələ"nin rəqibləri üz-üzə
Bu gecə Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Ölkəmizi turnirdə təmsil edən “Qarabağ” və “Qəbələ”nin rəqibləri də qrupda ikinci oyununa çıxacaq.

"Qarabağ"ın yer aldığı J qrupunda mübarizə aparan "Monako" və "Tottenhem" Fransada üz-üzə gələcək. İlk görüşdə "Qarabağ"a qalib gələn London təmsilçisi bu görüşdən də 3 xalla ayrılmaqla liderliyini qorumağa çalışacaq.
"Qəbələ"nin mübarizə apardığı C qrupunda isə PAOK Yunanıstanda "Borussiya" (Dortmund) klubunu sınağa çəkəcək. Almaniya təmsilçisi matçın favoriti hesab olunur. Lakin ilk turda Bakıda "Qəbələ" ilə 0:0 bərabərə qalan PAOK öz meydanında qələbə qazanmaq niyyətindədir.


1 oktyabr

J qrupu
22:00. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)

C qrupu
00:05. PAOK (Yunanıstan) - "Borussiya" (Dortmund, Almaniya)

Xəbər 673 dəfə oxundu.