İranın aparıcı futbol klubunun kapitanı vəfat edib | |
Futbol üzrə İranın Yüksək Liqasının "Perspolis" klubunun kapitanı Hadi Noruzi gecə saatlarında ürək tutmasından vəfat edib. Bu haqda İran KİV-i məlumat yayıb. Xəbərə görə, 30 yaşlı futbolçu gecə saatlarında yatağında ürək tutması keçirib. Onu xəstəxanaya aparıblar. Həkimlərin səylərinə baxmayaraq, futbolçunu xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Yüksək liqanın 7-ci turundan sonra "Perspolis" klubu 7 xalla 11-ci yerdədir. Təbrizin "Traktor" komandası isə o qədər xalla turnir cədvəlində 10-cu yerdədir. |
|
Xəbər 725 dəfə oxundu. |
|
|