“Azərreyl”in ilkin heyətini açıqladı
“Azərreyl” Çempionlar Liqası üçün ilkin heyətini açıqlayıb. “Dəmiryolçular” hələlik 6 voleybolçunun adını sifariş edib.

Bunlar Nikalina Başnakova, Odina Bayramova, Nisəxanım Həzrətli, Valeriya Məmmədova, Anastasiya Muzika və Kseniya Poznyakdı.

Komandanın digər üzvlərinin adları isə bu günlərdə sifariş ediləcək. Hazırda onların lisenziya alınması prosesi gedir.

Qeyd edək ki, bu arada komandanın baş məşqçisi Bülənt Karslıoğlunun köməkçisi də müəyyənləşib. Klubda ikinci məşqçi funksiyasını Famil Ağayev yerinə yetirəcək.

Xəbər 801 dəfə oxundu.