2016-cı ildə keçiriləcək şahmat üzrə iddiaçıların turnirinin beş iştirakçısının adı
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalçıları – rusiyalı qrossmeysterlər Sergey Karyakin və Pyotr Svidler şahmat tacına iddiaçıların turnirinə vəsiqə qazanıblar.

Turnirdə ümumilikdə səkkiz nəfər oynayacaq. Bu il sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda keçirilən Dünya Kubokunun qalibi və finalçısından başqa, turnirdə 2014-cü ildə dünya çempionu adı uğrunda matçın iştirakçısı olmuş Hindistan şahmatçısı Vişvanatan Anand, Qran-pri seriyasının yekunlarına görə amerikalı Hikaru Nakamura və italiyalı Fabiano Karuana, FİDE versiyası üzrə ən yüksək reytinqə malik olan iki şahmatçı və təşkilatçıların fərdi qaydada dəvət etdiyi daha bir şahmatçı iştirak edəcək.

İddiaçıların turniri 2016-cı il martın 9-dan 28-dək keçiriləcək və şahmat üzrə dünya tacı matçında norveçli Maqnus Karlsenin rəqibini müəyyən edəcək.

Xəbər 732 dəfə oxundu.