Yeniyetmələrin Avropa Çempiponatında təmsilçilərimiz 3 medal qazandı

Yeniyetmələr arasında Avropa çempionatında dörd şahmatçımız liderlik edir
Tarix: 30.09.2015 | Saat: 18:59:00 | E-mail | Çapa göndər
Xorvatiyanın Poreç şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı keçirilir.

41 ölkədən 848 yeniyetmə oğlan və qız 8-dən 18-dək yaş dərəcələrində Avropanın ən güclü şahmatçısı adı uğrunda mübarizə aparır. Azərbaycanı seçmə yarışlarda fərqlənən 25 şahmatçı təmsil edir.

Üç turnirdə finişə bir tur qalmış Azərbaycan şahmatçıları liderlər qrupundadırlar.

Şahmatçılarımız arasında ən yaxşı nəticəni Leyla Budaqova, Gövhər Beydullayeva (hərəyə 6,5 xal) göstəriblər. Onlar 12 yaşadək qızların qrupunda liderdirlər. Ayan Allahverdiyeva 6,5 xalla 10 yaşadək qızların qrupunda , Riad Səmədov 7 xalla 8 yaşadək oğlanların qrupunda liderlik edirlər.

Avropanın növbəti yeniyetmə çempionları sabah müəyyən olunacaq.

Xəbər 690 dəfə oxundu.