"Bunun davamını "Paxtakor"la oyunda da gətirmək istəyirik"
"Neftçi"nin futbolçusu Cavid İmamverdiyev "Poloniya" ilə oyundan sonra fikirlərini klubun rəsmi saytına danışıb. İdman.com.az saytının məlumatına görə, gənc futbolçu bu qələbənin davamının gəlməsini istəyib:

"Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğuma görə sevinirəm. Hamımız qələbəyə köklənmişdik. Güclü rəqibə qarşı layiqli oyun göstərib, uğur qazandıq. Bunun davamını "Paxtakor"la oyunda da gətirmək istəyirik".

Xəbər 1185 dəfə oxundu.